Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Muğan" gələn həftədən hazırlıqlara başlayır

22/06/2010

Salyanın "Muğan" klubu yeni mövsüm hazırlıqlarına iyulun əvvəlində start verəcək. İstirahət müddətində öz vətənində olan baş məşqçi Almir Hurtiç və leqioner futbolçuların bu ərəfədə Azərbaycana gələcəyi gözlənilir. Klubun mətbuat xidmətindən verilən məlumata görə, iyunda müqavilə müddəti bitmiş Narsis Yameoqo və transferə çıxarılmış Edis Kurtanoviç istisna olmaqla komandanın tam heyətlə Bakıda toplaşacaq. "Muğan" klubu hazırlıqların ilkin mərhələsini Azərbaycanda keçirməyi, iyulun ortalarında isə 10 günlük təlim-məşq toplanışı üçün Türkiyəyə səfər etməyi planlaşdırır. Eyni zamanda toplanış müddətində bir neçə yoxlama oyunu keçirməyi nəzərdə tutan "Muğan" iyulun sonlarında Bakıya qayıdacaq.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK