Unibank Premyer Liqası / Xəbərlər
"Muğan" iki futbolçu ilə yollarını ayırdı
12/01/2010
Salyanın "Muğan" klubu iki futbolçu ilə yollarını ayırıb. Dünəndən etibarən qış hazırlıq prosesinə start verən "Muğan"ın heyətində Adis Çulov və Eldin Adiloviç komandanın məşqlərinə qatılmayıb. Buna səbəb isə adıçəkilən futbolçuların komandanın heyətindən uzaqlaşdırılmasıdır.
Qeyd edək ki, Salyan klubu Moldova milli komandasının və "İskra-Stal" klubunun şərəfinin qoruyan 25 yaşlı hücumçu Vitalie Manaliunu komandanın düşərgəsinə baxışa dəvət edib.
PFL.AZ


