Unibank Premyer Liqası / Xəbərlər
Unibank Premyer Liqasının formatı saxlanıldı
13/07/2010
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. "Qızıl xallar" prinsipi ləğv olunmaqla Unibank Premyer Liqasının formatı ötən mövsüm olduğu kimi saxlanılsın.
2. Klubların xahişi nəzərə alınaraq, legioner futbolçular üçün ödənilən rüsum 1-ci il 20 min manat, eyni futbolçu üçün ikinci il 10 min manat, 3-cü və növbəti illər üçün 5 min manat müəyyənləşdirilsin.
3. Hazırda öz ölkəsinin milli komandasının heyətində çıxış edən legioner futbolçular üçün rüsum ödənilməsin.
Istinad: PFL.az


