Unibank Premyer Liqası / Xəbərlər
AFFA "İnter" və "Neftçi"nin futbolçularını cəzalandırdı
22/02/2012
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Qol.Az-ın məlumatına görə, tədbirdə Unibank Premyer Liqasının XXI turunda baş verən hadisələrlə bağlı qərarlar çıxarılıb.
XX Unibank Premyer Liqasının XXI turunun “İnter” – “Sumqayıt” matçının 35-ci dəqiqəsində “İnter” klubunun 21 nömrəli futbolçusu Arif Daşdəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2 min manat cərimə olunub.
XX Unibank Premyer Liqasının XXI turunun “Simurq” – “Bakı” matçının 62-ci dəqiqəsində “Bakı” klubunun 10 nömrəli futbolçusu Lukas Mario Horvat əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimələnib.
XX Unibank Premyer Liqasının XXI turunun “Qarabağ” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba min manat cəza kəsilib. Oyunun 90+1-ci dəqiqəsində “Kəpəz” klubunun 5 nömrəli futbolçusu Əli İsmayılov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
XX Unibank Premyer Liqasının XXI turunun “Qəbələ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
XX Unibank Premyer Liqasının XXI turunun “Neftçi” – “Rəvan” matçının videoyazısını izlədikdə oyunun 83-cü dəqiqəsində “Neftçi” klubunun 19 nömrəli futbolçusu Mirhüseyn Seyidovun təhqiredici hərəkətlər etdiyi aşkar edilmişdir. Bu səbəbdən də adıçəkilən futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq ediləcəkdir. Futbolçuya 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaqdır.


