AFFA Vaqif Cavadovla bağlı qərarı ləğv etməməlidir - PFL prezidenti
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

AFFA Vaqif Cavadovla bağlı qərarı ləğv etməməlidir - PFL prezidenti

23/01/2012

Peşəkar Futbol Liqasının prezident Ramin Musayev hesab edir ki, AFFA İntizam Komitəsi “Qarabağ”ın yeni transfer etdiyi futbolçu Vaqif Cavadovla bağlı qərarı ləğv etməməlidir.

AFFA İntizam Komitəsi futbolçunu millinin düşərgəsini özbaşına tərk etdiyinə görə bir illik diskvalifikasiya edib. Həmçinin qərara alınıb ki, Cavadov Unibank Premyer Liqasında beş oyunu buraxmalı və klubu beş min manat cərimə ödəməlidir.

“Vaqifin yeni klubu “Qarabağ” beş min manat cəriməni ödəməli, futbolçu özü isə beş oyunu buraxmalıdır”, –  Musayev Qol.Az-ın müxbiri ilə söhbətində deyib.

“AFFA İntizam Komitəsinin Vaqifə qarşı bu cəzəsı nəinki ağır, deyərdim ki, çox yüngüldür. Mən qanunun pozulmasının tərəfdarı deyiləm. Vaqifə milliyə görə cəza verilib. Amma nəzərə almaq lazımdır ki, klublar da millinin güclənməsi üçün oynayırlar”, – Musayev bildirib.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK