Unibank Premyer Liqası / Xəbərlər
Aleksandr Starkov: Layiqli qələbə qazandıq
20/02/2012
Bir neçə gün əvvəl “Qarabağ”la oyunda ağır məğlubiyyət aldıq. İlk qolu tez vurduq, çoxlu qol imkanlarımız olmadı.
Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov "Simurq"la oyundan (2:0) sonra keçirilən mətbuat konfransında deyib.
Latviyalı mütəxəssis matçın gedişində azlıqda qalmalarına baxmayaraq, layiqli qələbə qazandıqlarını bildirib: "Oyun gərgin məcrada keçdi, ikinci hissədə futbolçumuz qırmızı vərəqə aldı.
Qırmızı vərəqədən sonra isə komandamız ikinci dəfə fərqlənə bildi. İkinci hissədə oyunumuz daha keyfiyyətli alındı. Layiqli qələbə qazandıq”.


