Unibank Premyer Liqası / Xəbərlər
AZAL “Rəvan”ı 5-2 məğlub etdi
27/01/2012
Qış təlim-məşq toplanışını Azərbaycanda davam etdirən AZAL və “Rəvan” yoxlama oyunu keçiriblər. Məlumatı PFL-in rəsmi saytı yayıb.
İki paytaxt təmsilçisinin qarşılaşmasından AZAL 5-2 hesablı qələbə ilə ayrılıb. AZAL-ın qollarına Georgi Bogihu, Tales Şütz (2) və Elşən Məmmədov (2)imza atıblar, “Rəvan”ın heyətində isə Tural Cəlilovla Amid Hüseynov hərəyə bir dəfə fərqləniblər.


