Bahodir Nasimov: Oyuna biz diqtə etdik
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Bahodir Nasimov: Oyuna biz diqtə etdik

31/01/2012

 

İlk dəqiqələrdən oyuna biz diqtə etdik. Əks hücumlarımız da istədiyimiz kimi alındı. Bu sözləri "Neftçi"nin hücumçusu Bahodir Nasimov "Poloniya" ilə görüşdən sonra paytaxt klubunun rəsmi saytına deyib.

"Qələbə qazanmaqla finala çıxmaq şansımızı da saxladıq. Üstəlik qrupumuzun digər matçında "Paxtakor" klubu, "Metallist"ə qalib gəlib. Deməli bütün klubların şansları bərabərdir. Çalışacağıq ki, "Paxtakor"la qarşılaşmada da 3 xal əldə edək", - Nasimov bildirib.

"Neftçi" PFK Çeçenistan Respublikasının mərhum prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ikinci oyununu keçirib. Flaqman 3 xalı vurduğu 3 qolla qazanıb - “Neftçi” 3:1 “Poloniya”. Klubumuzun qollarına Bahodir Nasimov (2) və Cavid İmamverdiyev imza atıblar.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK