Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Bakı" 3 yeni futbolçunu heyətinə qatıb

01/02/2012

"Bakı" klubu qış transfer pəncərəsində 3 transfer reallaşdırıb. Paytaxt klubu müdafiəçi Duje Bakoviç, yarımmüdafiəçi Lukas Mario Horvat və müdafiəçi Nenad Kovaçeviçi rəngələrinə bağlayıb. Artıq adıçəlilən futbolçularıla rəsmi müqavilə imzalanıb. Bu haqda məlumatı çərşənbə axşamı klubun rəsmi saytı yayıb.

Müqavilənin şərtlərinə əsasən, Duje Bakoviç və Lukas Mario Horvar 2 il ərzində "Bakı"nın formasını geyəcəklər. Nenad Kovaçeviçlə bağlı isə 1+1 il müddətli müqavilə qüvvəyə minib.

31 yaşlı Nenad Kovaçeviç son mövsümü "Srvena Zvezda" klubunun heyətində keçirib. Təcrübəli futolçu 25 dəfə Serbiya mili komandasının formasını geyinib. Boyu 177 sm-dir.

Lukas Mario Horvat Sloveniyanın "Domjale" klubundan gəlib. 26 yaşı var, boyu 178 sm-dir.

Duye Bakoviçin son klubu isə Xorvatiyanını "Riyeka"sı olub. Xorvatiyanın U-18, U-19, U-21 milli komandalarının heyətində çıxış edib. Boyu 187 sm-dir.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK