Unibank Premyer Liqası / Xəbərlər
"Bakı" "AZ Alkmaar"a böyük hesabla uduzdu
14/01/2012
Yanvar ayının 9-da Antalyaya yola düşən "Bakı" klubu bu gün ilk yoldaşlıq matçına çıxıb.
Qol.Az-ın məlumatına görə, "zolaqlılar" ilk görüşündə Hollandiya nəhəngi "AZ Alkmaar" klubu ilə qarşılaşıb.
Qış fasiləsinə ilk pillədə yollanan "AZ Alkmaar" 17 turdan sonra 38 xalla Hollandiya çempionatının vahid lideridir.
Bu isə o deməkdir ki, Aleksandr Starkovun komandasını heç də asan sınaq gözləmirdi. Bu görüşdə "Bakı" rəqibinə böyükhesabla məğlub olub. Fasiləyə 0:2 hesabı ilə məğlub yollanan "Bakı" ikinci hissədə qapısında daha 3 top görüb. "Zolaqlılar"ın yeganə qoluna isə Uinston Parks imza atıb.
Qeyd edək ki, "Bakı" nğvbəti yoldaşlıq görüşünü yanvarın 19-da "İnqolştadt" klubuna qarşı keçirəcək.


