“Bakı” klubu Xalidu Sissokoya məşqçilik təklif edəcək
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

“Bakı” klubu Xalidu Sissokoya məşqçilik təklif edəcək

11/01/2012

“Bakı” klubu seneqallı qapıçısı Xalidu Sissokoya məşqçilik təklif edəcək. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Zeynal Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Sissoko yayadək komandada qapıçı kimi qalacaq. Mövsümlərarası dövrdə isə 33 yaşlı qolkiperə qapıçılarla işləyən məşqçi kimi çalışması təklif olunacaq.

Məmmədov bu mövsüm heç bir oyunda meydançaya çıxmayan qolkiperin hələ də heyətdə saxlanılmasını belə izah edib: “Sissoko “Bakı”nın simvoludur. O, 7 ildən çoxdur ki, komandamızdadır. Amma baş məşqçimiz Aleksandr Starkov hazırda əsas qapıçı qismində Marko Şarliyanı, onun əvəzedicisi qismində isə Aqil Məmmədovu oyunlara çıxarır. Üstəlik, “Sumqayıt” klubunda icarədə olan Andrey Popoviçi də qaytara bilərik. Sissokonun “Bakı” üçün xidmətlərini və yaşını nəzərə alaraq, yayda ona məşqçilik təklif edəcəyik”.

Qeyd edək ki, Xalidu Sissoko 2002-ci il dünya çempionatında Seneqal millisinin heyətində yer alıb. O, “Dinamo”nun adını dəyişərək, “Bakı”ya çevrildiyi 2004-cü ildə bu kluba transfer olub. Hazırda komandada qapıçılarla işləyən məşqçi vəzifəsini türkiyəli Aydın Salatan tutur.

Mənbə - Qol.az idman portalı

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK