Böyükağa Hacıyev: Deyəsən, onu bir qədər ərköyünləşdiriblər
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Böyükağa Hacıyev: Deyəsən, onu bir qədər ərköyünləşdiriblər

21/02/2012

"Rəvan"la matçın çətin keçəcəyini bilirdim. Oyun ərzində kifayət qədər qol imkanlarımız olsa da, bunların yalnız birindən yararlandıq.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Rəvan"la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Hacıyev bu görüşdə Flavinyonun qolu sayəsində vacib 3 xal qazandıqlarını bildirib: "Rəvan" yaxşı müdafiə olundu. Əsasən də qapıçıları inamlı təsir bağışlayırdı. Flavinyo qələbə qolunu vurmaqla komandaya vacib 3 xal qazandırdı. Denis Silvanı əvəzləməyimə gəldikdə isə deyəsən onu bir qədər ərköyünləşdiriblər.

Mən komandaya gələndən sonra hər kəsə öz yerini göstərdim. Əgər Denis oynamaq istəmirsə, o zaman gəlib ehtiyat skamyasında otursun. Bu səbəbdən Silvanın əvəzinə meydana Cavid İmamverdiyevi buraxdım. "Neftçi"də əvəzolunmaz futbolçu yoxdur".

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK