Unibank Premyer Liqası / Xəbərlər
İcraiyyə Komitəsinin iclasının keçirilmə vaxtı dəyişdirilib
17/01/2012
AFFA İcraiyyə Komitəsinin yanvarın 17-də keçirilməsi nəzərdə tutulmuş iclası başqa vaxta keçirilib. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Xəbər verdiyimiz kimi, iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. AFFA-nın növbəti Konfransının vaxtının müəyyənləşdirilməsi
2. Legioner limiti – Premyer Liqada çıxış edən klubların heyətində 21 yaşadək 1 futbolçunun meydanda olmasının və bununla əlaqədar, legioner limitinin 7+4 şəklində təklifinin müzakirəsi
3. AFFA-nın İntizam Komitəsinin «Turan» klubu ilə bağlı müraciəti
4. Digər məsələlər


