Fatih Kavlak: Daha güclü rəqiblərlə qarşılaşacağıq
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Fatih Kavlak: Daha güclü rəqiblərlə qarşılaşacağıq

22/01/2012

Hazırlıq prosesi istədiyimiz səviyyədə, tempdə gedir. Məşqlərimiz maraqlı keçir. Futbolçuların fiziki gücü günbəgün artır. Psixoloji durumları da yüksək səviyyədədir. Hamısı çox istəklidir.

Qol.Az-ın "Qəbələ" klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu sözləri komandanın baş məşqçisi Fatih Kavlak deyib.

Türkiyəli mütəxəssis Qazaxıstanın "Atırau" klubu ilə keçirəcəkləri oyun haqda da danışıb: "Bu gündən yoxlama oyunlarına start veririk. İlk rəqibimiz “Qazaxıstanın “Atırau” komandası olacaq. Rəqibimizi elə də yaxşı tanımıram. Sadəcə bilirəm ki, komanda Qazaxıstanın yüksək liqasında çıxış edir. Bu oyunda iki gündə necə hazırlaşdığımızı gözdən keçirəcəyik".

Kavlak rəqiblərinin gücünə görə komandanın çatışmazlıqlarını müəyyənləşdirəcəklərini söyləyib: "Rəqib kimi hazırlıq prosesinin sonuna doğru daha güclü rəqiblərlə qarşılaşacağıq. Bu bizə komandanın hazırlıq prosesini necə dəyərləndirdiyini və çatışmazlıqları görməyə imkan verəcək".

Baş məşqçi əvəzedici komandanın heyətindən əsas komandanın hazırlıq prosesinə cəlb olunan Ürfan Abbasov və heyətdəki digər gənc futbolçuların hazırkı durumundan razı olduğunu da sözlərinə əlavə etdi: "Qəbələdə keçirdiyimiz təlim-məşq toplanışından sonra Ürfan Abbasovu da Antalyaya gətirməyə qərar verdik. Hazırda Ürfan çalışqanlığı ilə bizim doğru qərar qəbul etdiyimizi sübüt edir. Digər gənc futbolçuların da fiziki durumu və futbolçu bacarıqları müsbət istiqamətdə inkişafdadır".

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK