George Hacı “Qəbələ” və Rednikdən danışdı
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

George Hacı “Qəbələ” və Rednikdən danışdı

30/01/2012

Rumıniya futbolunun canlı əfsanəsi George Hacı sahibi olduğu “Vitorul Konstanta" klubunun “Qəbələ”yə qarşı keçirdiyi oyundan (0:1) sonra Qol.Az saytına qısa açıqlama verib.

Açıqlamanın məğzinə keçmədən öncə qeyd edək ki, “Qalatasaray”da həm futbolçu, həm də məşqçi kimi fəaliyyət göstərdiyi dövrdə qardaş ölkənin jurnalistləri ilə problemi olan Hacı əvvəlcə bizim də Türkiyədən olduğumuzu zənn edərək, ümümumiyyətlə, danışmaq istəmədiyini bildirib. “Mən sizə heç nə söyləmək istəmirəm” – deyən Hacı yalnız Azərbaycandan olduğumuzu bildikdən sonra bir qədər yumşalmağa başlayıb və cəmi iki suala cavab verəcəyini deyib.

“Qəbələ” komandası haqda fikirlərini bildirən “Qalatasaray”ın sabiq baş məşqçisi “Vitorul Konstanta"ya qarşı matçda Azərbaycan təmsilçisinin çox yaxşı təsir bağışladığını deyib: “Qəbələ” əla komandadır”. O, matçın birinci hissəsində “Qəbələ”nin yüksək səviyyəli oyunu ilə seçilən və rumın klubunun 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşan matçdakı yeganə qolunun müəllifi Dodunu tərifləyib. “Dodo çox əla oynadı” – deyə Hacı vurğulayıb. Ruminiyalı mütəxəssis həmçisinin “Qəbələ”də gənc futbolçuların olmasından məmnunluğunu ifadə edib.

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Redniklə bağlı suala cavabında Hacı əvvəlcə soruşub: “O, indi haradadır? Rednikin Azərbaycanda işlədiyini bilirdim. O, yaxşı məşqçidir və mənim dostumdur”.

Hacı bundan sonra ona ünvanlanan heç bir suala cavab verməyib. O, ötən yay Bakının “Neftçi” klubundan təklif almasıyla bağlı yayılan xəbərlərə də münasibət bildirmək istəməyib.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK