Hollandiya mətbuatı: Cavadovun qiyməti həddən artıq yüksəkdir
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Hollandiya mətbuatı: Cavadovun qiyməti həddən artıq yüksəkdir

07/01/2010

Milli komandamızın futbolçusu Vaqif Cavadovun “Tvente”yə keçidi Hollandiya mətbuatının da gündəmindən düşmür. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçunun Enshede təmsilçisi ilə ilkin anlaşmasının rəsmiləşməsini “zanbaqlar ölkəsi”ndə də gözləyirlər.

Lakin holland həmkarlarımızın fikrincə, Vaqifin Ağdamın “Qarabağ” klubundan “Tvente”yə keçidinə mane ola bilən məqam da var: “Azərbaycanlı hücumçu artıq Hollandiyada olmalı idi. Lakin səfərə çıxmaq üçün bütün sənədləri hazır olmadığından onun gəlişi yubanır. Tərəflərin razılığına əsasən, bazar günü Cavadovla üç illik müqavilə imzalanmalıdır. “Tvente” Azərbaycanda ilin futbolçusu seçilən Vaqifi sıralarına qatmaq niyyətindədir. Lakin bir məsələ də var ki, onun qiyməti həddən artıq yüksəkdir”.

Qeyd edək ki, Cavadov 3 ildir şərəfini qoruduğu “Qarabağ”ın Avropa Liqasında “Tvente”yə qarşı keçirilən oyunlarında özünü yaxşı tərəfdən göstərərək, hollandların diqqətini cəlb edib.

APASPORT.AZ

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK