Jabanın son dəqiqə qolu
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Jabanın son dəqiqə qolu "Bakı"ya qələbə qazandırdı

15/07/2010

UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparan Azərbaycan kubokunun qalibi paytaxtın "Bakı" klubu yarışda ilk oyununu keçirib. Çernoqoriyanın "Buduçnost" klubu ilə qarşılaşan baş məşqçi Vinfrid Şeferin yetirmələri ilk hissəsini məğlub başa vurduqları oyunun taleyini ikinci hissədə öz xeyrinə dəyişə bildi. Klubun yeni transferi Saşa Kaykutun 77-ci dəqiqədə vurduğu bərabərlik qoluna sevinən "Bakı" oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Jabanın cərimə zərbəsindən vurduğu qolla rəqibi üzərində 2:1 hesablı qələbə qazandı.

Qeyd edək ki, "Bakı" və "Buduçnost" klubları arasında cavab qarşılaşması iyulun 22-də Çernoqoriyanın paytaxtı Podqoritsa şəhərində keçiriləcək.

Istinad:PFL.az

Şərhlər

buy levitra
01:05 / 28.04.2011
Buy Levitra nasacort aq metrogel levitra prescription drugs
levitra increase effect stronger harder potent levitra liver disease levitra
http://isotretinoin.org/buy-levitra-usa.html - Buy levitra
 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK