Unibank Premyer Liqası / Xəbərlər
"Kəpəz" təlim məşq toplanışını Türkiyədə davam etdirəcək
23/01/2012
Yanvarın 11-dən intensiv məşqlərə start verən Kəpəz PFK təlim məşq toplanışını Türkiyədə davam etdirəcək. Bu barədə Trend-ə klubun mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə yanvarın 24-də komanda tam heyətlə Antalyaya uçacaq. 10 gün davam edəcək təlim məşq toplanışı zamanı komanda 3 yoldaşlıq görüşü keçirməyi planlaşdırır.
Mətbuat xidmətindən həmçinin onu da bildiriblər ki, Belekde, Adora Golf Resort hotelində yerləşəcək komanda bu toplantı zamanı daha bir neçə futbolçunu baxışdan keçirməyi planlaşdırır.


