Unibank Premyer Liqası / Xəbərlər
"Kəpəz" Unibank Premyer Liqasında fəaliyyətini davam etdirəcək
11/01/2012
«Kəpəz» Peşəkar Futbol Klubu Unibank Premyer Liqasında fəaliyyətini davam etdirəcək.
Bu barədə Qol.Az-a klubun mətbuat xidmətindən məlumat veriblər.
Məlumatda deyilir ki, Gəncə Regional Futbol Federasiyasının sədri Xanlar Fətiyevin klubun sponsorları və rəhbərliyi ilə apardığı söhbətlərdən sonra bu qərara gəlinib.
Mətbuat xidmətindən onu da bildiriblər ki, komanda sabahdan etibarən toplaşaraq məşqlərə başlayacaq. Artıq bir neçə legioner və yerli futbolçular klubun bazasındadırlar. Yaxın günlərdə komanda tam heyətlə formalaşacaq.


