Kəpəzdə yeni futbolçu
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Kəpəzdə yeni futbolçu

20/01/2012

 

“Kəpəz” Futbol Klubu bu gün axşam məşqinə bir dəqiqəlik sükutla başlayıb. Azerisport.az xəbər verir ki, komanda artıq məşqlərin ikinci mərhələsinə start verib.

Bu gün məşqə komanda ilə yanaşı, baxışa dəvət olunan yeni futbolçu da qatılıb. Bu, Rusiyanın Sankt-Peterburq şəhərindən olan 1990-cı il təvəllüdlü Andrey Semençukdu.

Boyu 1,88 metr olan futbolçu müdafiəçidir və onun sonuncu klubu Soçinin “Jemçujina” klubudu. Hazırda “Kəpəz”in məşqçilər korpusu oyunçunun fiziki və taktiki hazırlığını yoxlayır. Əgər Andrey Semençuk baş məşqçinin tələblərinə uyğun gələrsə, klub onunla müqavilə imzalaya bilər.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK