Unibank Premyer Liqası / Xəbərlər
“Kəpəz”in baş məşqçisi “Qarabağ”a məğlubiyyətdan danışdı
20/02/2012
Bu gün biz meydanın mərkəzində rəqibə uduzduq. “Qarabağ”ın orta xətt oyunçuları Azərbaycanın ən güclülərindəndir.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Fuad İsmayılov “Qarabağ”la Unibank Premyer Liqasının bu gün keçirilən 21-ci turunun oyunundan (0:1) sonra bildirib.
O, məğlubiyyətlərinə əsas səbəb kimi iki dayaq yarımmüdafiəçiləri Şahin Kərimov və Nikolay Svejentsevin oynamamasını göstərib: “Onların yoxluğu oyunumuza təsir etdi”.


