Leonardo Roşa
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Leonardo Roşa "Qarabağ"dan qovula bilər

10/01/2012

"Qarabağ" klubunun braziliyalı futbolçusu Leonardo Roşa komandadan qovulur.

Bu barədə Qol.Az idman portalına açıqlamasında "Qarabağ" klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.

Çəlikəl Roşanın "Qarabağ"a gəlmək istəmədiyini və buna görə də futbolçu ilə müqavilənin qarşılıqlı olaraq ləğv ediləcəyini bildirib.

"Qarabağ" rəsmisi Roşa ilə bağlı müvafiq futbol qurumlarına şikayət edəcəklərini də vurğulayıb. Ancaq Roşanın mühüm problemlə əlaqədar Azərbaycana gəlməməsi sübuta yetirilərsə, futbolçunun bağışlanacağı da istisna olunmayıb.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK