Unibank Premyer Liqası / Xəbərlər
İlk "altılığ"a üç namizəd qaldı
22/02/2012
Unibank Premyer Liqasının 21-ci turundan sonra "Rəvan" klubunun ilk “altılıq”dan kənarda qalacağı rəsmiləşib.
Qol.Az-ın məlumatına görə, çərşənbə axşamı “Neftçi”yə 0:1 hesabı ilə məğlub olan “Rəvan”ın “altılıq”da çıxışı üçün şansları qalmayıb.
Qeyd edək ki, ilk “altılıq”da çıxış edəcək dörd komanda rəsmən bəllidir. Bunlar “Neftçi”, “İnter”, “Xəzər Lənkəran” və “Qarabağ”dır.
Birinci “altılıq”da digər iki yerə isə üç namizəd var. Bunlar “Bakı”, “Qəbələ” və AZAL klublarıdır.


