İlqar Qurbanov: Vaqif özünü sübut etmək üçün mütləq xaricdə oynamalıdır
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

İlqar Qurbanov: Vaqif özünü sübut etmək üçün mütləq xaricdə oynamalıdır

12/01/2012

Çox istərdim ki, Vaqif Cavadov karyerasını ölkə xaricində davam etdirsin. Çünki o, özünü hələ olkədən kənarda sübut edə bilməyib. Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun yarımmüdafiəçisi İlqar Qurbanov deyib.

Dayısı oğlu Vaqif Cavadovun Rusiyanın “Volqa” komandasından ayrılaraq karyerasını Azərbaycanda davam etdirmək ehtimalına toxunan Qurbanov deyib ki, Vaqif milli komandadan uzaqlaşdırıldığına görə, özünü sübut etmək üçün mütləq xaricdə oynamalıdır.

“Vaqif Cavadovla bir komandada oynamaq istəyərdinmi” sualını cavablandıran İlqar Qurbanov bunları deyib: “Onunla bir yerdə oynamaq mənim üçün çox xoş olar. Lakin futbolu qohumluqla bağlamaq düzgün olmaz. O, hələ gənc olduğu üçün irəliyə doğru getməlidir”.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK