Minifutbol üzrə «UniCup» turnirinin mükafat fondu 4000 manatdır
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Minifutbol üzrə «UniCup» turnirinin mükafat fondu 4000 manatdır

22/11/2010

 

Artıq məlumdur ki, minifutbol üzrə «Unicup» turnirində 1-ci yeri tutan komanda «Unibank»dan 2000 manat qazanacaq. «Unibank» Kuboku uğrunda 2-ci yerə çıxan kollektiv – 1200 AZN, 3-cü yerə layiq görülənlər isə Bankdan – 800 AZN məbləğində pul mükafatları alacaqlar. Beləliklə, kütləvi informasiya vasitələri arasında keçirilən bu yarışın məcmu mükafat fondu 4000 manata çatacaq.

Eyni zamanda, Bank turnirdə vurulan qolların sayına görə fərqlənən ən yaxşı oyunçunu və buraxılan topların sayına görə iən yaxşı qolkiperi müəyyən etmək və xüsusi həıdiyyələrlər təltif etmək fikrindədir. Qeyd edək ki, «Unibank» Kuboku uğrunda minifutbol üzrə turnir cari ilin noyabr-dekabr aylarında ke Bank və KİVlər arasında olan tərəfdaşlığın inkişaf etdirilməsi məqsədi ilə təşkil olunur. Bu turnirdə artıq ANS, “Extratime”, “Futbol+”,  XəzərTV,  APA və digər media-qurumların komandaları iştirak etmək niyyətindədirlər.

Şərhlər

Sebuhi
15:48 / 24.11.2010
Hormeti unibank heyeti. Bu cox gozel bir fikirdi. Hetta sozugeden yaris her il teskil olunarsa daha maraqli ve gozel alinar ve bankla media arasinda emekdasliq daha da mohkemlener. Bir de ki, bunu oyrenmek isteyirem yaris ne vaxt baslayacaq. Konkret vaxt mueyyenlesibmi?
 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK