Unibank Premyer Liqası / Xəbərlər
"Neftçi" Antalya təlimləri çərçivəsində ikinci matçını keçirəcək
21/01/2012
"Neftçi" PFK Antalya təlimləri çərçivəsində ikinci oyununa bu gün çıxacaq, məlumatı klubun rəsmi saytı yayıb.
Flaqman Bakı vaxtı ilə saat 19-00-da Qazaxıstanın "Aktobe" klubu ilə üz-üzə gələcək. Matç "Mardan" stadionunun ehtiyyat meydançasında təşkil olunacaq.
Xatırladaq ki, Antalyada təlim-məşq toplanışında olan "Neftçi" klubu hazırlıq çərçivəsində keçən çərşənbə axşamı Almaniyanın "Dinamo" (Drezden) klubu ilə qarşılaşıb. Oyun rəqib klubun 1:0 hesablı qələbəsi ilə başa çatıb.


