Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Neftçi" qələbə qazandı, finala adlaya bilmədi

01/02/2012

"Neftçi" klubu bu gün Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə üçüncü oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, “ağ-qaralar”ın qrupdakı son rəqibi Özbəkistanın "Paxtakor" klubu olub.

Finala çıxmaq üçün "Neftçi" mütləq qələbə qazanmalı idi. "Ağ-qaralar" eyni zamanda digər oyunda "Poloniya"nın "Metallist"ə qalib gəlməsinə ümid etməli idi ki, bu da baş tutmayıb.

Rəqibini 3:0 hesabı ilə məğlub edən "Neftçi" finala adlaya bilməyib. Buna səbəb isə digər oyunda "Metallist"in "Poloniya"ya 4:0 hesabı ilə qalib gəlməsidir. Belə finala məhz Ukrayna təmsilçisi vəsiqə qazanıb.

Qeyd edək ki, qrupda hər iki oyun Baxı vaxtı ilə saat 17:00-da başlayıb.

 

1 Fevral

17:00. "Neftçi" - "Paxtakor" - 3:0

Qollar: Rəşad Abdullayev, 4 (1:0), Bahadır Nəsimov, 45 (2:0), 65 (3:0)

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK