Unibank Premyer Liqası / Xəbərlər
"İnter" 2012-ci ildə ilk məşqinə çıxdı
10/01/2012
Ötən gün Bakının “İnter” klubu “Şəfa” stadionunda toplaşaraq 2012-ci ildə ilk məşqini keçirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Kaxaber Sxadadzenin komandası yanvarın 13-dək Bakıda məşq edəcək.
Yanvarın 14-dəsə "bankirlər" təlim-məşq toplanışı keçirmək məqsədilə Türkiyənin Antalya şəhərinə yola düşəcəklər.


