Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Paxtakor"un baş məşqçisi: Neftçi finala layiq oynadı

02/02/2012

"Neftçi" artıq ilk dəqiqələrdən qol vurub hesabda önə keçdi. Ümumiyyətlə bu gün onların hücumlarının qarşısını ala bilmədik. Bu sözləri "Neftçi" ilə oyundan sonra "Paxtakor" klubunun baş məşqçisi Deyan Curceviç deyib. Məlumatı "Neftçi" klubunun rəsmi saytı yayıb.

"Rəqib dəqiq ötürmələr sayəsində topu özündə daha çox saxlayırdı. "Metallist" klubu üzərindəki qələbədən sonra böyük hesabla məğlub olacağımızı gözləmirdim, bununla belə rəqibimiz bu gün finala layiq oynadı", - Curceviç bildirib.

"Neftçi" klubu çərşənbə günü Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə üçüncü oyununu keçirib. Qol.Az-ın məlumatına görə, “ağ-qaralar”ın qrupdakı son rəqibi Özbəkistanın "Paxtakor" klubu olub. Rəqibini 3:0 hesabı ilə məğlub edən "Neftçi" finala adlaya bilməyib. Buna səbəb isə digər oyunda "Metallist"in "Poloniya"ya 4:0 hesabı ilə qalib gəlməsidir. Belə finala məhz Ukrayna təmsilçisi vəsiqə qazanıb.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK