Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Qarabağ" 2012-ci ildə ilk qələbəsini qazanıb

31/01/2012

Antalyada hazırlıq prosesində olan "Qarabağ" bu gün daha bir yoxlama oyunu keçirib.

Qol.Az-ın məlumatına görə, bu dəfə Ağdam klubunun rəqibi Rumıniyanın "Petrolul Ploiesti" komandası olub.

Görüş "Qarabağ"ın qələbəsi ilə başa çatıb. Hər hissədə bir dəfə fərqlənən Qurban Qurbanovun komandası Türkiyədə ilk qələbəsini qazanıb.

Qeyd edək ki, ilk görüşündə Qazaxıstanın "Taras" klubuna 0:1 hesabı ilə məğlub olan "Qarabağ" ardında Avstriya "Rid"inə də uduzmuşdu - 1:3. Daha sonra Rumıniyanın "Vasluy" klubu ilə 1:1-lik bərabərə qalan Ağdam təmsilçisi ardından Ukrayna "Obolon"una məğlub olmuşdu - 0:3.

 

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK