Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Qarabağ" fransalı futbolçunu geri qaytardı

23/01/2012

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən Ağdamın "Qarabağ" klubu yenidən məşqlərə başlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov "Taras"la oyundan sonra komandaya 1 günlük istirahət vermişdi. Yaranmış fasilədən yararlanan futbolçular şəhərə gəzməyə getmişdilər.

Bu günə isə 2 çalışmayla start verilib. İlk məşq ənənəvi olaraq yerli vaxtla 11:00-da başlayıb. Təxminən 90 dəqiqə davam edən çalışma fiziki hazırlığa yönəlmişdi. Qızdırıcı təmrinlərdən sonra "stansiya" çalışmaları yerinə yetirilib. Sonda isə toplu hərəkətlərlə ilk çalışma sona çatıb.

Bu arada komandanın düşərgəsinə baxışa gələn futbolçulardan biri artıq yola salınıb. Fransalı Sofiane Cobuaninin hazırlığı yetərli olmadığına görə geri göndərilib. İqor Juqoviç və Dmitri Rekiş isə hələ düşərgədədir. Adı çəkilən futbolçular 2 gün sonra "Rid"lə baş tutacaq oyunda bir daha yoxlanılacaqlar.

Qeyd edək ki, günün ikinci çalışması 18:00-da baş tutacaq.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK