Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Qarabağ" növbəti mərhələyə vəsiqəni təmin etdi

22/07/2010

UEFA Avropa Liqasında mübarizə aparan Ağdamın "Qarabağ" klubu II təsnifat mərhələsi çərçivəsində Şimali İrlandiyanın "Portadaun" klubuna qarşı cavab oyununu keçirib. Səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi Bakıda keçirilən oyunda 1:1 hesablı heç-heçəyə nail olub. Oyunun 70-ci dəqiqəsində Kevin Braniffin vurduğu qolla hesabda geri düşən baş məşqçi Qurban Qurbanovun yetirmələri 83-cü dəqiqədə hesabı bərabərləşdirməyə nail oldular. Bu mövsüm Avropa Liqasında "Qarabağ"ın ən sərrast futbolçusu olan Əfran İsmayılov komandasını məğlubiyyətdən xilas edən qolun müəllifi oldu. Qeyd edək ki, bu Ə.İsmayılovun cari mövsümdə avrokuboklarda vurduğu 4-cü qoldur.

UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Qarabağ" klubu "Visla" (Polşa) - "Şaulyay" (Litva) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" bu mərhələnin ilk oyununu iyulun 29-da səfərdə, cavab qarşılaşmasını isə avqustun 5-də Bakıda keçirəcək.

Istinad:Pfl.az

Şərhlər

buy levitra
01:04 / 28.04.2011
Buy Levitra levitra no prescription
prescription online levitra cialis viagra coupon levitra coupon levitra
http://isotretinoin.org/buy-levitra-usa.html - Buy levitra
 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK