Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Qarabağ" "Rid"ə uduzdu

25/01/2012

 

Antalyada hazırlıqlarını davam etdirən "Qarabağ" klubu bu gün növbəti yoxlama görüşünü keçirib.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçi Avstriyanın "Rid" klubuna 1:3 hesabı ilə məğlub olub.

"Qarabağ"ın yeganə qoluna görüşün 7-ci dəqiqəsində Əfran İsmayılovun ötürməsindən sonra Rauf Əliyev imza atıb.

Vaqif Cavadov iki illik fasilədən sonra "Qarabağ"ın heyətində meydana çıxıb.

Görüşü azərbaycanlı hakim Orxan Məmmədov idarə edib.

Qeyd edək ki, ilk matçında Qazaxıstanın "Taraz" klubu ilə qarşılaşan "Qarabağ" rəqibinə 0:1 hesabı ilə məğlub olmuşdu.

 

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK