Unibank Premyer Liqası / Xəbərlər
"Qarabağ" sabah "Terek"lə qarşılaşacaq
22/06/2010
Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" klubu sabah növbəti yoxlama oyununu keçirəcək. "Qarabağ"ın bu dəfəki rəqibi Rusiya Premyer Liqasında çıxış edən "Terek" klubudur. Xatırladaq ki, baş məşqçi Qurban Qurbanovun yetirmələri ilk yoxlama oyununda "Qızılcahamam Belediyyespor" klubunu 8:0 hesabı ilə məğlub etmişdilər.
UEFA Avropa Liqasının I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Qarabağ" Makedoniyanın "Metalurq" klubuna qarşı ilk oyunu Bakıda keçirəcəyindən iyunun 24-də Azərbaycana qayıdacaq və hazırlıqları paytaxtda davam etdirəcək.
Istinad:PFL.az


