Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Qarabağ" son görüşünü qələbə ilə başa vurdu

04/02/2012

"Qarabağ" klubu cümə günü Antalya toplanışı çərçivəsində sonuncu oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Gürcüstanın "Vit-Corciya" klubu ilə qarşılaşıb.

Görüş "Qarabağ"ın inamlı qələbəsi ilə başa çatıb. Oyunda bütün qollar matçın ilk hissəsində vurulub. Fasiləyə qədər 3 qol vuran "Qarabağ" ikinci hissədə də üstünlüyünü qoruyub - 3:1.

Qeyd edək ki, ilk görüşündə Qazaxıstanın "Taras" klubuna 0:1 hesabı ilə məğlub olan "Qarabağ" ardından Avstriya "Rid"inə də uduzmuşdu - 1:3. Daha sonra Rumıniyanın "Vasluy" klubu ilə 1:1-lik bərabərə qalan Ağdam təmsilçisi ardından Ukrayna "Obolon"una məğlub olmuşdu - 0:3.

Komanda sonuncu yoxlama görüşündə isə Rumıniyanın "Petrolul Ploiesti" klubuna 2:0 hesabı ilə qalib gəldi.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK