Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Qarabağ" Türkiyə yolunda

15/01/2012

Ağdamın "Qarabağ" klubu yanvarın 10-dan start götürən yeni ilin hazırlıqlarının yeni mərhələsi Antalyada davam edəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Şənbə günü son məşqinə çıxan komanda hazırlıqlarını tamamlayaraq qardaş ölkəyə yollanacaq. Bazar günü Bakı – İstanbul – Antalya reysiylə Aralıq dənizinin sahilllərinə yollanacaq komanda 3 həftə təlim-məşq toplanışı keçəcək.

Xatırladaq ki, "Qarabağ" qardaş ölkəyə 23 futbolçuyla yollanır. Daha dəqiq desək 21 futbolçu birbaşa Antalyaya gedəcəksə, əməliyyatdan çıxdıqdan sonra bərpa prosesi keçən Rəşad Sadıqov 2 gün gec, Admir Teli isə İstanbulda komandaya qoşulacaq.

Komandanın düşərgəsinə qoşulacaq yeni futbolçular məhz Antalyaya gələcək.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK