Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Qarabağ" "Vasluy"a qarşı

27/01/2012

Antalyada hazırlıqlarını davam etdirən "Qarabağ" bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisinin rəqibi Rumıniyanın məhşur "Vasluy" klubu olacaq.

Son 2 mövsüm ölkə çempionatın bürünc mükafatçısı, cari mövsüm Avropa Liqasının qrup mərhələsində oynamış ruminlarla oyuna Bakı vaxtıyla 18:30-da start götürəcək.

Ağdam klubunun rəsmi saytında yayılan məlumata əsasən, komandamız yanvarın 31-də daha bir rumın klubu ilə qarşılaşacaq. Bu dəfə superliqa təmsilçisi "Petrolul Ploiesti"ylə yoldaşlıq oyunu nəzərdə tutulub. Hazırlıqlar çərçivəsində sonuncu görüş fevral ayının üçü 2 qat Gürcüstan çempionu "Vit-Gorgiya"ya qarşı olacaq.

 

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK