Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Qəbəblə" “Kəpəz”lə matçın hazırlıqlarını davam etdirir

07/02/2012

Antalya toplanışından sonra iki günlük istirahətə buraxılan “Qəbələ” bazar ertəsindən doğma məkanda Unibank Premyer Liqasının 19-cu turu çərçivəsində keçiriləcək “Kəpəz” matçının hazırlıqlarını davam etdirir. Bu barədə məlumatı "Qəbələ" klubunun rəsmi saytı yayıb.

Məlumata əsasən, Qəbələdə təbii ot örtüklü meydançaların qar altında qalması səbəbindən məşqlər süni örtüklü meydançalarda baş tutacaq. Toplanışda müalicələri davam edən Vurğun Hüseynov və Rövşən Əmiraslanov iştirak etməyəcək. Oğlu dünyaya gələn və bu münasibətlə İngiltərədə olan Deon Bartonun isə ayın yeddisindən məşqlərə qatılması gözlənilir.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK