Unibank Premyer Liqası / Xəbərlər
"Qəbələ" Xorvatiya klubunu məğlub etdi
02/02/2012
"Qəbələ" klubu bu gün Antalyada keçirdiyi toplanış çərçivəsində 5-ci – sonuncu oyununa çıxıb.
Qol.Az-ın məlumatına görə, komandamız Xorvatiya təmsilçisi RNK “Split” klubu ilə qarşılaşıb.
90 dəqiqənin sonunda qalibi müəyyənləşdirmək mümkün olmayıb: 2:2.
"Qəbələ"nin qollarına Aleksandr Çertoqanov və Lyubo Baranin imza atıblar.
Daha sonra tərəflər penaltilər seriyasında qüvvələrini sınayıblar.
Penaltilər seriyasını daha dəqiq yerinə yetirən "Qəbələ" rəqibinə qalib gəlib.


