Qurban Qurbanov
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Qurban Qurbanov "Barselona"dan danışdı

18/01/2012

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun “Barselona”da keçdiyi təcrübə müddəti başa çatıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Antalyaya dönərək komandasının düşərgəsinə qoşulub.

Təcrübəli mütəxəssis səfərlə bağlı təəssüratlarını bildirib: ”İlk öncə onu deyim ki, olduqca faydalı səfər oldu. Hətta deyərdim ki, gözlədiyimizdən də səmərəli keçdi. Proqramımız yaxşı tərtib olunmuşdu. Bizi çox isti qarşıladılar. Səfər müddətində faydalı görüşlərimiz baş tutdu".

Qurbanov İspaniyada bir neçə matçı stadiondan izlədiyini deyib: "Öncə "Barselona"nın ölkə kubokunda "Osasuna" ilə oyununu izləməyi planlaşdırsaq da, müəyyən görüşlər səbəbindən səfərimizi təxirə saldıq. Əvəzində "Espanyol"un "Kordoba"nı 4:2 hesabıyla məğlub etdiyi oyunu izlədik. "Barselona`nın çempionatda "Real Betis"i eyni hesabla məğlub etdiyi oyunda da stadionda idik.

Əsas komandayla yanaşı 7 yaşından əvəzedicilərə qədər bütün yaş qruplarının məşqlərində olduq. "Barselona"nın dünyanın ən güclüsü olduğunu "göy-qırmızı"ların bütün yaş qruplarının fəlsəfəsinin eyni olmasında gördüm. Ümumilikdə isə səfərlə bağlı yalnız xoş xatirələrim var”.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK