Qurban Qurbanov: Hələ hazır deyilik
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Qurban Qurbanov: Hələ hazır deyilik

22/01/2012

“Qarabağ” klubu 2012-ci ilin ilk yoxlama görüşündə Qazaxıstanın “Taraz” komandasına 0:1 hesabı ilə məğlub oldu.

Qol.Az-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, komandanın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib:

“Komanda istirahətdən yeni dönüb. Deyə bilərəm ki, hələ tam hazir deyilik. Bəzi oyunçularımızı sınaqdan keçirdik. İlk hissədə çıxış edən heyət normal oyun nümayiş etdirdi. Sadəcə olaraq, kobud səhv ücbatından komanda öz qapısında qol gördü. Qarşıda bir neçə yoxlama görüşü bizi gözləyir. Çempionata qədər komandanı tam hazır vəziyyətə gətirəcəyik”.

Baş məşqçi komandada baxışda olan belaruslu Dmitri Rekiş və xorvatiyalı İqor Juqoviçin oyunlarının onu qane etmədiyini deyib: “Həmin futbolçuları növbəti matçlarda yenidən yoxlayacağıq. Onların komandanın düşərgəsindən göndəriləcəyi də istisna olunmur. Baxışa daha bir neçə futbolçu gələcək”.

Qurbanov yeni transferlər - Vaqif Cavadov və Eltun Yaqublunun hələ tam hazır olmadığı qənaətindədir: “Bu futbolçular komandaya yeni qoşulublar. Yanvarın 25-də Avstriyanın “Rid” komandası ilə yoxlama görüşündə onları meydana buraxacam”.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK