Qurban Qurbanov millinin toplanışıyla bağlı qərarını dəyişdi
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Qurban Qurbanov millinin toplanışıyla bağlı qərarını dəyişdi

23/02/2012

Milli komandanın bu gün Dubayda başlanan toplanışında iştirak etməklə bağlı AFFA-nın təklifindən imtina edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qərarını dəyişib.

Qol.Az-ın xəbərinə görə, Ağdam klubunun çalışdırıcısı millimizin fevralın 29-da Fələstinlə keçirəcəyi yoxlama oyununu birbaşa stadiondan izləyəcək.

Müxbirimizlə söhbətində “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumatı təsdiqləyib. O qeyd edib ki, Q.Qurbanov bütün toplanış boyu yox, yalnız bir gün Dubayda olacaq.

Qeyd edək ki, Qurban Qurbanov Dubaya fevralın 28-də yola düşəcək.

Xatırladaq ki, AFFA-nın toplanışı izləməklə bağlı dəvətinə cavab olaraq Q.Qurbanov bildirmişdi ki, komandasının hazırlıq prosesiylə əlaqədar Dubaya gedə bilməyəcək.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK