Unibank Premyer Liqası / Xəbərlər
Qurban Qurbanov "Rid"ə məğlubiyyətin səbəbini açıqladı
26/01/2012
Biz bu gün fərqli iki hissəyə şahid olduq. Yaxşı oyun keçdi. Rəqibimiz güclü idi. Qol.Az-ın Antalyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çərşənbə günüAvstriyanın “Rid” klubuna qarşı keçirilən yoxlama oyunundan (1:3) sonra jurnalistlərə bildirib.
O deyib ki, nəticənin belə alınmasında qeyri-adi heç nə olmadığını söyləyib: “Çatışmazlıqlar hazırlıqla bağlıdır. Dünən iki məşq etmişdik. Bundan sonra belə oyuna tam hazır çıxmaq asan deyil. İkinci hissədə çoxlu dəyişiklik etdik. Gəncləri nəzərdən keçirirdik. Boşluqlar olsa da, onlar elə də zəif təsir bağışlamadılar. Daha çox ikinci hissədə standart vəziyyətlərdə problemlər vardı. Ümumən isə oyundan razı qaldım”.
Qurbanov baxışda olan futbolçularla bağlı hələ qərar vermədiklərini də bildirib: “Onlar növbəti oyunlarda da yoxlanılacaq. Xorvatiyalı Rekşiç birinci oyunda daha yaxşı təsir bağışlamışdı. Növbəti matçımızda onu bir daha yoxlamaq fikrindəyəm. Bundan sonra qərar verəcəyik”.
Qurbanov komandaya baxışa yeni əcnəbi futbolçuların gələcəyini də deyib.


