Qurban Qurbanov: Yarımmüdafiə xəttinə yeni futbolçu axtarırıq
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Qurban Qurbanov: Yarımmüdafiə xəttinə yeni futbolçu axtarırıq

01/02/2012

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən Ağdamın "Qarabağ" klubu baxışa çağırdığı daha iki futbolçunu - Kalonas Mindauqas və Qoran Branksini geri göndərib.

Bu barədə Qol.Az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Qurbanovun sözlərinə görə, Litva millisinin yarımmüdafiəçisi Kalonas Mindauqas və xorvatiyalı futbolçu Qoran Branskinin oyunu Rumıniyanın "Petrolul Ploiesti" klubu ilə yoldaşlıq görüşündə (2:0) onu qane etməyib.

"Mindauqas və Branskinin oyununu bəyənmədim. Bundan sonra baxışa bir futbolçu da gələcək. Yarımmüdafiə xəttinə yeni futbolçu axtarırıq. Bununla belə, yəqin ki, transfer etməyəcəyik. Çünki, vaxtımız azdır", - Qurbanov deyib.

Qeyd edək ki, "Qarabağ" təlim-məşq toplanışını fevralın 4-də başa vuracaq

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK