Rafiq Mirzəyev: Heç vaxt arxayınlaşmaq olmaz
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Rafiq Mirzəyev: Heç vaxt arxayınlaşmaq olmaz

22/02/2012

Biz bu gün hər iki hissədə fərqli oyunlar gördük. Erkən qol vurduqdan sonra komandamızda arxayınlıq yarandı.

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Rafiq Mirzəyev "Turan"la oyundan (3:2) sonra keçirilən mətbuat konfransında deyib.

Mirzəyev qələbə qazanmalarına baxmayaraq, komandasının oyunundan narazı qaldığını bildirib: "Qələbə qazanmağımıza baxmayaraq, komandamızın oyunundan razı qalmadım. "Xəzər Lənkəran"la oyunda məğlub olsaq da, bugünki oyundan daha yaxşı oynamışdıq. Heç vaxt arxayınlaşmaq olmaz. Oyunun sonlarına yaxın qapıçımız Amil Ağacanovla, müdafiəçi Aqil Nəbiyev kobud səhvə yol verdi. Yaxşı ki, həmin səhv görüşün son dəqiqələrində baş verdi".

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK