Unibank Premyer Liqası / Xəbərlər
Rauf Mehdiyevin "Neftçi"yə keçidi rəsmiləşdi
22/06/2010
Bakının "Neftçi" klubu daha bir futbolçunu heyətində cəlb edib. Klubun rəsmi saytının verdiyi məlumata görə, təcrübəli qapıçı Rauf Mehdiyevlə rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, hal-hazırda klubsuz olan Azərbaycan milli komandasının üzvü Zeynal Zeynalov öz xahişi əsasında "Neftçi"nin məşqlərinə qatılır. Fiziki formasını qorumaq istəyən yarımmüdafiəçiyə "Neftçi"nin heyətində məşq keçmək üçün şərait yaradılıb. Futbolçu haqqında son qərarı baş məşqçi Arif Əsədov verəcək.
Istinad: PFL.az


