Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

"Rayo Vallekano" klubunun hücumçusu "Bakı"ya keçib

03/02/2012

Paytaxtın Bakı klubu qış transfer pəncərəsi dönəmində növbəti transferini həyata keçirib.

Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində klubun baş meneceri Zeynal Məmmədov məlumat verib.

Məmmədov bildirib ki, "Bakı" artıq İspaniyanın "Rayo Vallekano" klubunun hücumçusu Serxio Kontrerası heyətinə qatıb. Klub rəsmisi "Koke" ləqəbli 28 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalandığını vurğulayıb.

Qeyd edək ki, ispaniyalı futbolçu karyerası ərzində İspaniyanın "Malaqa", Fransanın "Marsel" və Yunanıstanın "Aris" kimi klubların şərəfini qoruyub.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK