Rikardo Qomeş ”Xəzər Lənkəran”ın düşərgəsinə qayıdıb
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Rikardo Qomeş ”Xəzər Lənkəran”ın düşərgəsinə qayıdıb

15/01/2012

“Xəzər Lənkəran”ın braziliyalı yarımmüdafiəçisi Rikardo Qomeş bugün Bakıya gəlib. Bu barədə Lənkəran klubunun rəsmi saytı məlumat yayıb.

Ötən ilin oktyabrında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı klubun düşərgəsini tərk etmiş futbolçu müəyyən problemlərin olduğunu əsas gətirərək uzun müddət Azərbaycandan kənarda oldu. Nəhayət, bütün məqamlara aydınlıq gəldi və hazırda Qomeş məxsus olduğu “Xəzər Lənkəran”dadır.

Qeyd edək ki, bu müddət ərzində FİFA-nın Mübahisələrin Həlli Palatasında Rikardo Qomeş və “Xəzər Lənkəran” FK arasında məsələyə baxılmışdır. Klub bütün iddiaları cavablandırdıqdan sonra ötən ilin dekabr ayında səlahiyyətli qurum tərəfindən “Xəzər Lənkəran”ın xeyrinə olan qərar çıxarılmışdır.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK