“Rəvan” dörd futbolçu ilə müqavilə bağlayıb
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

“Rəvan” dörd futbolçu ilə müqavilə bağlayıb

12/01/2012

Yanvarın 9-da futbolçular tibbi baxışdan keçdilər. Ayın 11-dən 15-ə kimi Mərdəkanda - dəniz kənarında hazırlıq keçəcəyik. Komandanın legioner futbolçuları isə yanvarın 15-də geri dönəcəklər. Bir gün sonra bütün komandayla hazırlıqlara başlayacağıq. Bu fikirləri “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov www.pfl.az saytına bildirib.

Onun sözlərinə görə, yanvarın 21-də komanda ya Mingəçevir, ya da Salyana yola düşəcək.

“Yanvarın 27-də AZAL, fevralın 3-də isə “Simurq” ilə yoxlama oyunu keçirməyi planlaşdırırq. Bundan əlavə bir neçə yoxlama oyunu keçirmək üçün komanda axtarırıq”, - baş məşqçi deyib.

Vladislav Qədirov artıq “Şahdağ”dan Elmar Yəhyabəyov, “Sumqayıt Şəhər”dən Ramil Nuriyev, “Şuşa”dan Orxan Lalayev və “Bakılı”dan Asif Zeynalov ilə müqavilə bağladıqlarını qeyd etdi.

“Bizim bir hücumçuya ehtiyacımız var. Buna görə də Afrika və İsveçrədən baxışa futbolçular gələcək. Onların adlarını indi açıqlamaq istəmirəm. Bundan əlavə yerli futbolçulardan İzzətəli Süleymanov hazırda komandamızda yoxlanışdan keçir”, - Qədirov deyib.

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK