Əsgər Abdullayev: Yüksək liqada qalmağı bacaracağıq
Bookmark and Share

Unibank Premyer Liqası / Xəbərlər

Əsgər Abdullayev: Yüksək liqada qalmağı bacaracağıq

22/02/2012

İlk öncə rəqib komandanın baş məşqçisini təbrik edirəm. Komandanın 6-7 zədəli futbolçusu var. Bu səbəbdən də seçim etməyə imkanımız olmadı. Ehtiyat oyunçulardan istifadə etməyə məcbur olduq.

Qol.Az-ın məlumatına görə, bu sözləri "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev AZAL-la oyundan (2:3) sonra keçirilən mətbuat konfransında deyib.

Abdullayev komandasında çatışmazlıqların olmasına baxmayaraq, yüksək liqada qalacaqlarına inandığını bildirib: "70-ci dəqiqədən sonra komandamızda çatışmazlıqlar ortaya çıxdı. Qarşıdakı oyunlara hazırlaşmağa vaxtımız olacaq. Futbolçularımız üzərinə düşən məsuliyyəti dərk edirlər. İnanıram ki, bu sıxıntıdan qurtularaq, yüksək liqada qalmağı bacaracağıq".

Şərhlər

 Peşəkar Futbol Liqası AFFA AZAL Bakı FK İnter FK Kəpəz Neftçi FK Qarabağ FK Qəbələ FK Rəvan FK Simurq FK Sumqayıt Şəhər Turan FK Xəzər-Lənkəran FK